
Turizm Təlim və Sertifikasiya Mərkəzinin təlimçilərinə təşəkkürnamələr təqdim olunub
ECONOMIC: İyulun 13-də Azərbaycan Turizm Bürosunun nəzdindəki Turizm Təlim və Sertifikasiya Mərkəzinin 16 təlimçisinə təşəkkürnamələr təqdim olunub.
Təlimçilər komanda işi, yerli qastronomiyanın əsasları, turizm bələdçiləri üçün aktyorluq və təqdimat bacarıqları, rəqamsal marketinq, onlayn satış platformalarından səmərəli istifadə, ünsiyyət bacarıqları, mətbəx təhlükəsizliyi, hotellər üçün sosial media, satış və marketinqin əsasları, gəlirin idarə edilməsi, emosional zəka, liderlik bacarıqları və digər mövzular üzrə təlimləri tədris ediblər.
Təşəkkürnamələr Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid tərəfindən təqdim edilib.
Qeyd edək ki, Turizm Təlim və Sertifikasiya Mərkəzinin məqsədi xidmət keyfiyyətinin yüksəldilməsi üçün ixtisaslaşmış kadrlar hazırlamaq, sənaye nümayəndələrini təlimə cəlb etməklə ölkədə turizm haqqında məlumatlılığı artırmaq, turizm sektorunda məşğulluğa töhfə və turizmin uzunmüddətli inkişafını təmin etməkdir.
Mərkəz iştirakçılara kurslarını bitirdikdən sonra təlimdə iştirak və ya praktiki bacarıqların inkişaf ilə bağlı sertifikatlar təqdim edir, eləcə də onların əmək bazarında rəqabətə uyğunlaşmasına imkan yaradır.
Turizm Təlim və Sertifikasiya Mərkəzi tərəfindən indiyədək 444 iştirakçıya 28 təlim keçirilib və onlardan 330 nəfər sertifikatla təltif olunub.
Layihənin həyata keçirilməsində əsas tərəfdaşlar kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Azərbaycan Hotel Assosiasiyası (AHA), Amerika Hotel və Yerləşdirmə üzrə Təhsil İnstitutu (AHLEI), “JW Marriot Absheron” və “Abşeron Hotellər Qrupu” çıxış edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Basqal Azərbaycanın turizm mərkəzlərindən biri olacaq
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” […]
-
Basqalın tarixi məscidi bərpa olunacaq – AÇIQLAMA + FOTO
Basqalın tarixi məscidi bərpa üçün hazırlanır. Bunu Turizm Agentliyinin jurnalistlər üçün Basqala nəzərdə tutulan mediaturu […]
-
Basqal hamamı dövlət nəzarətinə götürülüb, Hamam Muzeyi əsaslı bərpa edilib – FOTO
Bu gün Dövlət Turizm Agentliyi tərəfindən turizm infrastrukturunun yaxşılaşdırılması məqsədilə yenidənqurma və bərpa işlərinin aparıldığı […]