
TuranBank Enerji Səmərəliliyi layihəsi çərçivəsində hazırlıq işlərini yekunlaşdırmışdır
Enerji Səmərəliliyi layihələrinin maliyyələşdirilməsi istiqamətində TuranBank və Global Climate Partnership Fondu (GGPF) arasında 8 illik və 10 milyon ABŞ dolları məbləğində imzalanmış kredit sazişi üzrə nəzərdə tutulan texniki dəstək işləri yekunlaşmışdır.
Economic.az bankın saytına istinadən bildirir ki, Layihənin əsas məqsədi karbon dioksidin (CO2) emissiyasının 20%-dək azaldılmasını tələb edən layihələrin maliyyələşdirilməsi məqsədi ilə KOS və korporativ müştəriləri uzun müddətli maliyyə vəsaiti ilə təmin etməkdir.
Layihənin hazırlanmasına və həyata keçirilməsinə texniki dəstəyin göstərilməsi məqsədi ilə Bank və GGPF arasında Texniki Yardım Layihəsi imzalanmışdır. Qeyd olunan müqavilə çərçivəsində cari ildə fondun nümayəndələri, eləcə də texniki mühəndislərin iştirakı ilə Bank rəhbərliyi və struktur bölmələrinin direktorları arasında bir sıra görüşlər təşkil edilmiş, əməkdaşlar üçün ixtisaslaşdırılmış təlimlər keçirilmişdir.
Görüşlərin yekunu olaraq enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üzrə strategiya və marketinq konsepsiyası, layihə üzrə təklif olunacaq kredit məhsullarının şərtləri işlənərək təsdiq olunmuşdur. Bundan əlavə layihə üçün potensial Bank müştəriləri ilə görüşlər keçirilmiş və layihə üzrə seçilmiş müştərilərin fəaliyyətinin audit aparılaraq onların biznes sahələrinin monitorinqi təşkil edilmişdir.
Bank “Yaşıl Bankçılıq” ticarət nişanı altında Enerji Səmərəliliyi layihələri çərçivəsində kreditlərin verilməsinə 2017-ci ilin əvvəlindən başlamağı nəzərdə tutur.
Bank hazırda müştərilərə manat və ABŞ dollarında sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditlərini təklif edir.
Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) və eManat terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.
Bank Böyük Britaniyanın TaxFree4U şirkəti ilə imzaladığı müqavilə çərçivəsində müştərilərinə Tax Free xidmətini təklif edir. Bu xidmət vasitəsilə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya kimi dövlətlərə səfər etmiş Bank müştəriləri həmin ölkələrdə alış-veriş zamanı ödədikləri ƏDV 19%-dək hissəsini operativ şəkildə geri almaq imkanı qazanırlar.
Xidmət haqqında daha geniş məlumatı Bankın saytında əldə etmək mümkündür: http://turanbank.az/ferdi-bankchiliq/plastik-kartlar/tax-free/
Bank müştərilərinə “Sirlər Xəzinəsi” adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, 3D Secure və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı onun saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]