
“Turan Tovuz” klubu albaniyalı futbolçu ilə müqavilə imzalayıb
Bakı, 23 yanvar, AZƏRTAC
“Turan Tovuz” klubu növbəti transferini gerçəkləşdirib.
AZƏRTAC kluba istinadən xəbər verir ki, Tovuz təmsilçisi Albaniyanın “Skenderbeu” komandasından Belaydi Pusini transfer edib.
Albaniyalı hücumçu ilə 6 ay +1 il müddətində rəsmi müqavilə bağlanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
Ölkəsinin “Vllazniya” klubunun yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq “Skenderbeu”nun formasını geyinib. O, bu mövsüm meydana çıxdığı 12 oyunda 6 qol vurub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq
Bakı, 8 fevral, AZƏRTAC ABŞ-ın respublikaçılar və demokratlar partiyalarının nümayəndələri ölkənin mənafeyi naminə birgə çalışmalıdırlar. […]
-
Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb
Bakı, 8 fevral, AZƏRTAC İstanbulun “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi komandanın tarixində ilkə imza atıb. […]
-
“Şamaxı” klubu “Zirə”nin yarımmüdafiəçisini transfer edib
Bakı, 8 fevral, AZƏRTAC “Zirə” klubunun futbolçusu Ramin Əhmədov “Şamaxı”ya keçib. AZƏRTAC xəbər verir ki, […]