
Tuğda işlər baş plana və memarlıq üslubuna uyğun olaraq aparılacaq
Xocavənd, 7 may, Aydın Yavərzadə, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurduqdan sonra işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Qarabağ iqtisadi rayonuna daxil olan Xocavənd rayonu ərazisində də tikinti-quruculuq işləri geniş vüsət alıb. Bunun bariz nümunəsi olaraq Tuğ kəndində Prezident İlham Əliyev tərəfindən inzibati zona və yaşayış məhəlləsinin təməli qoyulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ İqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Əli Zeynalov Tuğda görüləcək işlərlə bağlı jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, inzibati zonanın ərazisi 1,63 hektardır ki, buraya inzibati bina, klub-icma mərkəzi, mədəniyyət mərkəzi və restoran binası daxildir. Həmçinin ərazidə sahəsi 1700 kvadratmetr olan yerüstü parkinq nəzərdə tutulub. Bundan başqa, Tuğ kəndi ərazisində Prezident tərəfindən ilk yaşayış məhəlləsinin təməli qoyulub. Yaşayış məhəlləsində ilkin mərhələdə bərpa ediləcək fərdi yaşayış evlərinin sayı 24, yeni tikiləcək fərdi yaşayış evlərinin sayı 95 olacaq. Növbəti mərhələdə isə tikiləcək fərdi yaşayış evlərinin sayı 244 ədəd olacaq. Bundan başqa, ərazidə 360 şagird yerlik tam orta məktəb, 50 yerlik məktəbə qədər təhsil müəssisəsi, ticarət obyektləri, bir məscid, bir kilsə və s. sosial obyektlərin tikilməsi nəzərdə tutulub. Ərazidə tikiləcək və təmir olunacaq obyektlər üzrə işlərin 2025-ci ilə yerinə yetirilməsi nəzərdə tutulub. Ərazidə aparılacaq işlər baş plana və memarlıq üslubuna uyğun olaraq aparılması planlaşdırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]