Tramp qalib gələcəyi təqdirdə sui-qəsd cəhdlərini araşdırmaq üçün komissiya yaradacağına söz verib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tramp qalib gələcəyi təqdirdə sui-qəsd cəhdlərini araşdırmaq üçün komissiya yaradacağına söz verib

Bakı, 24 avqust, AZƏRTAC

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, seçiləcəyi təqdirdə sui-qəsd cəhdlərini araşdırmaq üçün komissiya yaradacaq.

AZERTAC xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Trampın sözlərinə görə, bu komissiya digər məsələlərlə yanaşı, keçmiş Amerika lideri Con Kennedinin qətli ilə bağlı qalan sənədləri də dərc edəcək.

CBS daha əvvəl bildirmişdi ki, Trampa sui-qəsd cəhdindən sonra Məxfi Xidmət bir sıra əməkdaşlarını işdən çıxarıb.

Sui-qəsd iyulun 14-də onun təşviqat mitinqində çıxışı zamanı baş verib.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top