Trabzonda Azərbaycan və ŞKTC uşaq futbol komandalarının yoldaşlıq oyunu keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Trabzonda Azərbaycan və ŞKTC uşaq futbol komandalarının yoldaşlıq oyunu keçirilib

Ankara, 12 iyul, AZƏRTAC

Trabzonda Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) uşaq futbol komandalarının yoldaşlıq oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, ŞKTC-U12 yığması Azərbaycanın “Ulduz” Uşaq Futbol Akademiyasının komandası ilə qarşılaşıb. Oyunu həmçinin Türkiyə Kipr Futbol Federasiyasının (KTFF) nümayəndələri izləyiblər. İki ölkənin futbolçuları xatirə şəkli çəkdiriblər.

KTFF nümayəndələri Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə dialoqun qurulmasına və möhkəmlənməsinə ümidvar olduqlarını bildiriblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top