Toronto-Dehli reysini yerinə yetirən təyyarə Bakı hava limanına eniş edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Toronto-Dehli reysini yerinə yetirən təyyarə Bakı hava limanına eniş edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Toronto-Dehli reysini yerinə yetirən “Air Canada” aviaşirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Oxu.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, buna səbəb təyyarənin sol mühərrikində yağ təzyiqinin aşağı olması olub.

“Boeing 777” yerli vaxtla saat 15:50-də Bakı hava limanına uğurla eniş edib. Hava gəmisində 301 sərnişin olub. Hazırda təyyarəyə baxış keçirilir və hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir”, – deyə məlumatda qeyd olunub.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top