Tokioda qasırğa səbəbindən 645 aviareys ləğv olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tokioda qasırğa səbəbindən 645 aviareys ləğv olunub

Bakı, 16 avqust, AZƏRTAC

Yaponiyaya yaxınlaşan “Ampil” qasırğası ölkənin nəqliyyat sistemində fasilələrə səbəb olub.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, All Nippon Airways və Japan Airlines aviakompaniyaları cümə günü Tokio hava limanlarında 654 daxili və beynəlxalq uçuşu ləğv edib. Uçuşların ləğvi və gecikmələr Osakanın Tyubu və Kansay bölgələrindəki hava limanlarınin işinə da təsir göstərib.

Bundan başqa, Tokio və Naqoya şəhərləri arasında sürət qatarlarının hərəkəti dayandırılıb. Yaponiya paytaxtında Todzay metro xəttində hərəkət məhdudlaşdırılıb.

Əlverişsiz hava şəraiti səbəbindən, həmçinin Tokyo Disneyland bağlanıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top