
Tokio-2020: 20 idmançımız start gözləyir: SİYAHI
Azərbaycan millisinin daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki,cüdoçu Zelim Kotsoyev və boksçu Məhəmməd Abdullayev 1/8 finalda məğlub olub.
100 kq çəki dərəcəsində çıxış edən Kotsoyev bir rəqibini üstələsə də, bu, yetərli olmayıb. O, 1/8 finalda uduzub.
+91 kq-da mübarizə aparan Məhəmməd Abdullayev də 1/8 finalda dayanıb. Əvvəlki raundda qalib gələn boksçumuz 1/4 finala adlaya bilməyib.
Bununla da Olimpiya Oyunları ilə vidalaşan milli üzvlərinin sayı 21-ə çatıb. Yığmamızın 3 təmsilçisi mübarizəni davam etdirirsə, 20 idmançımız startı gözləyir.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq
Bakı, 14 avqust, AZƏRTAC Azərbaycanda avqustun 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]
-
Azərbaycan XİN Pakistanı Milli Günü münasibətilə təbrik edib
Bakı, 14 avqust, AZƏRTAC Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan İslam Respublikasını Milli Günü münasibətilə təbrik […]
-
Cəbrayıl rayonunun Mehdili kəndi
Bakı, 14 avqust, AZƏRTAC Cəbrayıl rayonunun Mehdili kəndi Araz çayının sahilində yerləşir. Əhalisinin əsas məşğuliyyəti […]