Tikinti materialları və məmulatları alarkən diqqət edin! - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tikinti materialları və məmulatları alarkən diqqət edin!

Ttikinti materialları (kərpic, sement, çınqıl, qum, dam örtüyü materialları, su və istilik keçirməyən materiallar, şüşə və s.) və tikinti məmulatları (sanitar-texniki avadanlıqlar, divar kağızları, linoleum, süni bəzək materialları və s.) satışqabağı hazırlıq mərhələsindən keçirilməlidir.

Economic.az verilən məlumata görə, bu malların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların əsas hüquqlarından biridir. Bu baxımdan tikinti materialları və məmulatları alarkən istehlakçı hüquqlarınızın qorunması üçün satıcıdan aşağıdakıları tələb etməyi unutmayın:

–  malın adı və qiymətini;

–  istehsalçının adı və ünvanını;

– malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatını;

– malın əsas xüsusiyyətləri və istehlak xassələrini;

– malın səmərəli və təhlükəsiz istifadə qaydalarını;

– materialların və məmulatların ölçülməsi qaydasını;

– təminat öhdəliklərini və iddiaların irəli sürülməsi qaydalarını;

– malın materialı, markası, tipi, ölçüsü və digər əsas göstəriciləri haqqında məlumatları.

Komplektlə satılan tikinti materialları və məmulatları alarkən komplektə daxil olan məmulatların sənədlərinin, o cümlədən komplektə daxil olan tikinti materiallarının siyahısının, quraşdırma təlimatının mövcud olmasını yoxlayın.

Eyni zamanda bilin ki, satıcı istehlakçıya aldığı malın çəkisini, ölçüsünü və növünü yoxlamaq üçün hər cür şərait yaratmalıdır.

Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).

 Antiinhisar Siyasəti və İstehlakçıların

                                                                            Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top