“TEXNOFEST-2023”də Azərbaycana məxsus dörd PUA layihəsi nümayiş etdirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“TEXNOFEST-2023”də Azərbaycana məxsus dörd PUA layihəsi nümayiş etdirilib

İzmir Çiğli Hava Limanında aerokosmik və texnologiya festivalı – “TEKNOFEST-2023”də Azərbaycandan “Furkanoğlu Dəmir yumruq” stendi növbəti dəfə nümayiş olunub.

Stendin rəhbəri, Muay Thai Federasiyasının prezidenti Araz Musayev “Report”un Türkiyə bürosuna bildirib ki, bu dəfə də “TEKNOFEST” İdarə Heyətinin sədri Selçuk Bayraktar və “Baykar”ın baş direktoru Haluk Bayraktarı “TEKNOFEST” ofisində ziyarət edib, stendin məhsulları haqqında məlumat verib.

O, stenddə Azərbaycana məxsus dörd pilotsuz uçuş aparatı layihəsinin nümayiş etdirildiyini söyləyib:

“Dəstəklədiyimiz layihələrdən biri – “Atlas C1” silahı 55-60 metr hündürlüyə çata bilən müəyyən koordinata bomba ataraq hədəfi və ya terrorçunu məhv edə bilir. “Atlas C1” layihəmiz haqqında Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün, TÜBİTAK rəhbəri Hasan Mandal və digər məsul şəxslərə də məlumat verilib”.

Qeyd edək ki, sentyabrın 27-də başlayan festival oktyabrın 1-nə qədər davam edəcək.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top