Texasda ticarət mərkəzində atışma 8 nəfərin həyatına son qoyub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Texasda ticarət mərkəzində atışma 8 nəfərin həyatına son qoyub

Bakı, 7 may, AZƏRTAC

Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzlərindən birində baş verən atışma nəticəsində 8 neçə nəfər həlak olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, atışma “Allen Premium Outlets” ticarət mərkəzində baş verib.

Binada olan şəxslərdən biri 30-a yaxın atəş səsi eşitdiyini iddia edir. Atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.

CNN-in polisə istinadən verdiyi məlumata görə, insident nəticəsində ölən 8 nəfərdən 6-sı yerindəcə, digər 2-si isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daha 7 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top