Test və vaksin çatışmazlığı Afrikada meymunçiçəyi virusuna qarşı tədbirləri çətinləşdirir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Test və vaksin çatışmazlığı Afrikada meymunçiçəyi virusuna qarşı tədbirləri çətinləşdirir

Bakı, 16 avqust, AZƏRTAC

Meymunçiçəyi virusunun yeni ştamının yayılmasının qarşısını almaq üçün Afrikaya daha çox diaqnostik dəstlər, müalicə metodları və peyvəndlər göndərilməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndəsi Bronvin Nikol bildirib.

Onun sözlərinə görə, bütün qitədə kəskin test və peyvənd çatışmazlığı hiss olunur ki, bu da yoluxma hallarının artmasının qarşısını almağı ciddi şəkildə çətinləşdirir.

Səhiyyə nümayəndələri cümə axşamı İsveçdə yeni meymunçiçəyi ştamının səbəb olduğu infeksiyanın mövcud olduğunu təsdiqlədilər, bu, onun Afrikadan kənarda yayılmasının ilk əlamətidir.

Bronvin Nikol, Afrikadan kənarda baş vermiş yoluxma hallarının inkişaf etmiş ölkələri Afrika qitəsində beynəlxalq qrupların reaksiya verilməsinə dair tədbirlərin dəstəkləməsi üzrə mövcud öhdəliklərdən imtina etməyə sövq edə biləcəyindən narahatlığını ifadə edib.

ÜST-nin rəsmi nümayəndəsi Marqaret Harris, tezliklə Afrikadan kənarda daha çox yoluxma hallarının ortaya çıxacağını gözlədiyini bildirib.

Afrikanın 17 ölkəsində virusa yoluxma halları müəyyən edilib, yoluxanların ümumi sayı 38 mini keçib, 1400-dən çox insan ölüb. Meymunçiçəyi əsasən tropik meşələrin yaxınlığında yerləşən mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində rast gəlinən nadir virus xəstəliyidir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top