Tərtərli kümçülər barama tədarükünə başlayıblar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tərtərli kümçülər barama tədarükünə başlayıblar

Tərtər, 7 iyun, AZƏRTAC

Tərtər rayonunda barama tədarükünə başlanılıb. Mövsümün ilk günlərində kümçülərin yetişdirdikləri 1905 kiloqram məhsul “AZ SİLK” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon kümçülərinə 300 qutu ipəkqurdu toxumu paylanıb. Yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından da istifadə edilib. Tərtər kümlüçəri artıq bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu il rayon üzrə 12 ton barama istehsalı proqnozlaşdırılır.

Qeyd edək ki, 2016-cı ildə 1 ton, barama istehsal olunmuşdursa, 2023-cü ildə bu rəqəm 14,8 tona qədər qalxıb.

 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top