
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC
Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalda ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə tərbiyə alan uşaqlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Köçərli kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Minayə Həsənlinin Ümummilli Liderə həsr olunmuş rəsm sərgisi ilə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Olimpiya İdman Kompleksində davam edən tədbirdə Ulu Öndərin və şəhidlərin xatirəsi yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları Ümummilli Liderin 100 illik yubileyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbik edib, onlara uzun ömür, can sağlığı, aydın səma və firavan həyat arzulayıb.
Festivalda uşaqlar bir-birindən maraqlı rəqs və musiqi nömrələri ifa edib, şeirlər söyləyib, fləşmoblar göstəriblər.
Sonda festivalda fəal iştirak edən kollektivlərə təşəkkürnamələr təqdim olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Bloomberg: İlon Mask son altı ayda 96,6 milyard dollar qazanıb
Bakı, 3 iyul, AZƏRTAC İlon Mask son altı ayda ən çox pul qazanan insanların reytinqində […]
-
Qəbələdə atasından polisə şikayətə gələn şəxs ölüb
Bakı, 3 iyul, AZƏRTAC İyulun 3-də saat 16 radələrində Qəbələ rayonu Dizaxlı kənd sakini 1975-ci […]
-
Səudiyyə Ərəbistanı avqustda da gündəlik neft hasilatını 1 milyon barrel azaldacaq
Bakı, 3 iyul, AZƏRTAC Səudiyyə Ərəbistanının informasiya agentliyinin (SPA) verdiyi məlumata görə, Krallıq neft hasilatının […]