MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Tələbələr üçün “TIPx: Gələcək sən” adlı konfrans keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TIPx: Gələcək sən” adlı konfrans keçirilib.

Azərbaycan Neft və Sənaye Universiteti ilə əməkdaşlıq çərçivəsində baş tutan konfransda müxtəlif ali təhsil ocaqlarında təhsil alan 150 nəfər tələbə iştirak edib.

 

İlk olaraq Agentliyin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev və Mərkəzi Karyera filialının rəhbəri Toğrul Ələkbərov karyera planlaması istiqamətində işsiz və işaxtaran şəxslər üçün yaradılan imkanlar, görülən işlər barədə məlumat verib.

 

Daha sonra spikerlər tərəfindən tələbələrə “Gələcəyin (bu günün) peşələri”, “Gələcəyin əmək bazarı və bu günün universitet təhsili”, “Kreativ düşüncə sənəti”, “Məqsədə aparan yol”, “Beynəlxalq layihələrdə iştirak bizə nə qazandırır”? kimi mövzular ətrafında təqdimatlar edilib, tələbələrin sualları cavablandırılıb. Sonda konfransda aktiv iştirak edən tələbələrə həvəsləndirici hədiyyələr təqdim edilib.

 

“Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti tədbirin may ayında keçirilməsi nəzərdə tutulur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top
%d bloggers like this: