Təhlükəsiz, sürətli və rahat: Bakı hava limanında innovativ TDAS həlli tətbiq edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Heydər Əliyev Beynəlxalq Aeroportunda Səyahət Sənədlərinin Avtorizasiya Sistemi (Travel Document Authorization System) həlli istifadəyə verilib ki, bu da uçuş öncəsi rəsmiləşdirmə prosesini sadələşdirəcək və sürətləndirəcək, təhlükəsizliyi gücləndirərək hava limanında növbələri azaldacaq.
“TAV Technologies” tərəfindən hazırlanan yeni sistem sərnişinlərə minik talonlarını özləri skan etməklə uçuş öncəsi təhlükəsizlik baxışına daxil olmağa imkan verir. Bundan əlavə, bu həll rahatlıq və səmərəliliyi təmin edərək rəsmiləşdirmə zonasının ötürmə qabiliyyətini artırmağa şərait yaradır.
TDAS sərnişinlərin seçimlərindən və aviaşirkətlərin siyasətindən asılı olmayaraq istər kağız, istərsə də elektron minik talonlarını dəstəkləyir.
“Biz sərnişinlərimizin maksimal komfort və təhlükəsizliyini təmin etməyə çalışırıq. Həmçinin, yeni tətbiq olunan sistem ekoloji davamlılığı yaxşılaşdırmağa dəstək olaraq onlara kağız minik talonlarından istifadə etmək zərurətindən azad olmağa imkan verəcək. Bundan əlavə, TDAS həlli insan amili ilə bağlı səhvlərin baş vermə ehtimalını da aradan qaldıracaq”, – deyə Bakı hava limanının direktoru Teymur Həsənov vurğulayıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi, müasir, rahat infrastrukturun yaradılması məqsədilə yeni texnologiya və innovasiyaların tətbiqini davam etdirir.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]