TDT və Türk Akademiyasının nümayəndə heyətləri Füzulidə olublar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Füzulidə olublar

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri Füzulidə səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olan qonaqlar məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.

Qonaqlar, eyni zamanda, məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş guşə ilə tanış olublar.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top