“Tatneft” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib – YENİLƏNİB + FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Tatneft” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC) baş direktoru Nail Maqanov arasında görüş keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüşdə “Tatneft” PSC ilə əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə olunub.

Müzakirələr zamanı şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, energetika sahəsində əməkdaşlıq imkanlarına baxılıb,  qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində SOCAR və “Tatneft” PSC şirkətləri arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb. Sənəd şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı,  təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlığı nəzərdə tutur.

Yol Xəritəsini SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov imzalayıblar.

Daha sonra nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.

14:47

“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “Tatneft” şirkətinin baş direktoru Nail Maqanov ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə əməkdaşlığının prioritet istiqamətləri, energetika sahəsində həyata keçirilən layihələr və birgə istehsalın təşkili imkanları barədə fikir mübadiləsi apardıq”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında qeyd edib.

Bildirilib ki, görüş çərçivəsində SOCAR və “Tatneft” şirkətləri arasında imzalanmış əməkdaşlığa dair yol xəritəsinin icrası tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcək.

 



Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top