Tanınmış azərbaycanlı pianoçu-virtuoz Ankarada konsert verib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı pianoçu-virtuoz Ankarada konsert verib

Ankara, 13 iyun, AZƏRTAC

Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu İslam Manafov Ankarada konsert verib.

AZƏRTAC xəbər verir ki, virtuoz CSO ADA Ankara zalının səhnəsində Bax, Prokofyev, Şopen, Musorqski və Qara Qarayevin, eləcə də digər dünya şöhrətli bəstəkarların əsərlərini ifa edib.

Azərbaycanlı pianoçunun çıxışı gurultulu alqışlarla qarşılanıb.

Manafovun növbəti konsertinin iyunun 13-də Eskişehirdə keçirilməsi planlaşdırılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top