Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub.
Bu barədə “IQAir” beynəlxalq hava keyfiyyətinin monitorinqi xidmətindən məlumat verilib.
Məlumata görə, Çianqmayda havadakı PM2.5 mikrotozunun səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş təhlükəsizlik həddindən 35 dəfə yüksək olub.
Jurnalistlər aydınlaşdırıblar ki, Çianqmaydakı qalın dumanın səbəbi yerli fermerlərin tarlalarda keçənilki bitki qalıqlarını yandırmaq adəti ilə əlaqəlidir. Belə ki, fermerlər torpağın yeni mövsüm üçün təmizlənməsi məqsədilə keçən ildən qalan bitkiləri yandırırlar. Həmçinin problemi ağırlaşdıran amillərdən biri də meşə yanğınları və nəqliyyat vasitələrindən çıxan işlənmiş qazlardır.
Mart ayında Tailand hökuməti havanın çirklənməsi ilə mübarizə üzrə tədbirlər görməyin zəruriliyi barədə xəbərdarlıq edib. Çünki 2023-cü ildə ölkənin ən azı 10 milyon sakini pis ekologiya səbəbindən müalicəyə ehtiyac duyub.
Lakin boğucu dumana baxmayaraq, Çianqmayda yüksək turizm mövsümü qüvvəsində qalır. Sorğuda fikri öyrənilən şəhər qonaqlarının sözlərinə görə, duman onlara qədim şəhərin çoxsaylı məbədlərindən və digər görməli yerlərindən həzz almağa mane olmur.
Mənbə: “Agence France-Presse”
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]