Şuşaya turizm məqsədi ilə səfərlər baş tutacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şuşaya turizm məqsədi ilə səfərlər baş tutacaq

“Yaxın günlərdə Şuşaya turizm məqsədi ilə səfərlər baş tutacaq”. 

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan Turizm Sammiti – 2022”də çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. 

O qeyd edib ki, vətəndaşlarımızın Şuşaya səfərləri üçün işlər yekunlaşmaq üzrədir: 

“Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır”. 

Sədr əlavə edib ki, hazırda işğaldan azad olunan ərazilərin turizm potensialının qiymətləndirilməsi üçün işlər aparılır.

İlhamə Əbülfət

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top