Sumqayıtda “Gənc ailələrin büdcə modeli” mövzusunda təlim keçirildi. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sumqayıtda “Gənc ailələrin büdcə modeli” mövzusunda təlim keçirildi.

ECONOMİC: Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Şöbəsi nəznində Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq iqtisadçı ekspert Arzu Qafarlının təqdimatında “Gənc ailələrin büdcə modeli” mövzusunda təlim keçirilib.
Təlimin məqsədi Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramından irəli gələn məsələlərin həlli, gənc ailələrdə büdcənin düzgün formalaşdırılması, ailə gəlirləri və xərclərinin təhlili, idarə olunması, planlaşdırılmayan xərclərdən çıxış yollarının necə müəyyən edilməsindən ibarətdir.
Təlim zamanı iştirakçılara mövzu ətrafında video çarx və foto təqdimat nümayiş olunmuş, maraqlı qrup çalışmaları təşkil edilmişdir.
Sonda aktiv gənclərə sertifikatlar təqdim olunmuşdur.

FB_IMG_1627986801184 FB_IMG_1627986791087 FB_IMG_1627986776301

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top