Sumqayıt Texnologiyalar Parkı “Caspian Oil & Gas 2016” sərgisində iştirak edəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sumqayıt Texnologiyalar Parkı “Caspian Oil & Gas 2016” sərgisində iştirak edəcək

Sumqayıt Texnologiyalar Parkı iyunun 1-dən 4-dək Bakı Ekspo Mərkəzində keçiriləcək Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbiri – XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgisi və konfransında iştirak edəcək.

Economic-ə verilən m\lumata görə, Sərgidə 108 kv.m-ə yaxın sahədə texnoparkın tərkibində olan zavodların ən son texnologiyaların tətbiqi nəticəsində istehsal olunan məhsulları əyani şəkildə nümayiş etdiriləcək. Ziyarətçilərə STP-nin son illərdə gördüyü layihələr və gələcək planları haqqında geniş məlumat veriləcək.

Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz sərgi və konfransı hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir. “Caspian Oil & Gas” layihəsinə Azərbaycan Respublikasının Energetika Nazirliyi və SOCAR tərəfindən dəstək göstərilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top