
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin ixrac potensialı artır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sənaye parkları ölkədə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsində, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabət qabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında mühüm rol oynayır.
İZİA-dan verilən məlumata görə, sənaye parklarının rezidentləri tərəfindən istehsal olunan məhsullar ölkədə daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, “Made In Azerbaijan” brendi ilə bir çox ölkələrə ixrac edilir.
Belə ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “SOCAR Polymer” MMC və “STP” MMC-yə məxsus “STP Global Cable” MMC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan “İxrac İcmalı” jurnalının 2023-cü ilin oktyabr ayı üzrə qeyri-dövlət və dövlətə məxsus olan ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil ediliblər.
Reytinq cədvəlində “SOCAR Polymer” MMC dövlətə məxsus olan şirkətlərin siyahısında üçüncü, “STP” MMC-nin tərkibində fəaliyyət göstərən “STP Global Cable” MMC isə qeyri-dövlət ixracatçı subyektləri arasında altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, 2023-cü ilin 9 ayı ərzində “SOCAR Polymer” MMC 393 milyon manat, “STP Global Cable” MMC isə 31,5 milyon manat dəyərində məhsul ixrac edib.
BƏNZƏR MƏQALƏLƏR
-
“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye […]
-
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə […]
-
Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta […]