Stolüstü tennis üzrə yeniyetmələrin respublika birinciliyinə start verildi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Stolüstü tennis üzrə yeniyetmələrin respublika birinciliyinə start verildi

İyunun 10-da “Şüa” İdman – Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə yeniyetmələrin respublika birinciliyinə start verilmişdir.

2004-cü il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızların iştirak etdiyi yarışda Bakı, Sumqayıt və Gəncə şəhərlərindən, Şəki, Şabran, Şirvan, Salyan, Gədəbəy, Qax, Samux rayonlarından 100-ə yaxın idmançı iştirak edir.

Turnirin açılışında çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını bildirmişdir. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir. Təsadüfi deyildir ki, iyunun 17-19-da Bakıda “Formula-1” üzrə Bakı “Qran Pri”si keçiriləcəkdir. Fazil Məmmədov həmçinin, son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs etmiş, yarış iştirakçılarına uğurlar arzulamışdır.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nicat Həsənov yarışın yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsində, sağlam həyat tərzinin və idmanın kütləviliyinin təbliğində əhəmiyyətini diqqətə çatdırıb.

Yarışlara iyunun 11-də yekun vurulacaq və qaliblər Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top