“Startap” şəhadətnamələri verilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

KOB

“Startap” şəhadətnamələri verilib

Bu ilin birinci yarısında 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

2022-ci ilin birinci yarımilliyində “Startap” şəhadətnaməsinin verilməsi üçün 46 mikro və kiçik sahibkar İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Startapın müəyyən olunması meyarları”na əsasən, KOBİA-da yaradılmış Ekspertlər Şurası tərəfindən 16 mikro sahibkara şəhadətnamə verilib. “Startap” şəhadətnaməsi kənd təsərrüfatı, aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, inovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üçün təqdim edilib.

Ümumilikdə isə, indiyədək 44 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnam

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top