Şotlandiyalı qadın iş yerindən oğurladığı pulları dəbdəbəli həyat üçün xərcləyib – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şotlandiyalı qadın iş yerindən oğurladığı pulları dəbdəbəli həyat üçün xərcləyib – FOTO

Şotlandiyada qadın iş yerində 1,8 milyon ABŞ dolları oğurladığı üçün həbs edilib. O, bu pulları bahalı alış-verişə və dəbdəbəli həyat tərzi sürmək üçün xərcləyib.

Mediada yayılan məlumatlara görə, 55 yaşlı Kolin Mürhed 6 il iş yerindən pul oğurlayıb və bu pulları istirahət, avtomobil və bahalı əşyalar almağa xərcləyib. Şotlandiyalı qadının cinayət sxemi aşkarlandıqda o, həmkarına məktub yazaraq etdiyi əməl barədə məlumat verib.

“Xahiş edirəm, mənim haqqımda pis düşünmə”, – deyə məktubun mətnində deyilir.

Kollin məhkəmədə günahını etiraf edib və şirkətin pullarını köçürdüyü saxta hesablar yaratdığını bildirib. Qadının peşman olmasını nəzərə alaraq məhkəmə onu 3 il 4 ay müddətinə azadlıqdan məhrum edib.

“Əvvəllər o, qanuna tabe olan bir vətəndaş olub”, – deyə məhkəmədə qadının vəkili bildirib.

Bundan əlavə, Kolin şirkət sahiblərindən üzr istəyib. Bildirilir ki, Mürhedin qanunsuz əldə etdiyi bütün əmlak müsadirə olunacaq.

Mənbə: Daily Record

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top