
Son üç gündə Rusiyaya pomidor yüklü 39 vaqon, 113 yük maşını maneəsiz şəkildə yola salınıb
Xəbər verildiyi kimi, Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb.
Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə qurum rəhbərliyinin Rusiyanın Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem öz həllini tapıb.
Belə ki, son üç gündə – 11, 12 və 13 iyun tarixlərində Azərbaycanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 39 vaqon, 113 yük maşını maneəsiz şəkildə Rusiyaya yola salınıb.
Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan-Polşa biznes forumu keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) […]
-
Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı Ekspo Mərkəzində təşkil edilən “4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) […]