Son bir ildə Nərimanov Sosial Xidmət Mərkəzində 100-ə yaxın uşaq reabilitasiya xidmətlərinə cəlb edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Son bir ildə Nərimanov Sosial Xidmət Mərkəzində 100-ə yaxın uşaq reabilitasiya xidmətlərinə cəlb edilib

Bakı, 16 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində indiyədək 100-ə yaxın uşaq reabilitasiya xidmətlərinə cəlb edilib. Hazırda 50-dən çox uşaq mərkəzdə ⁠reabilitasiya xidmətlərindən yararlanır.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bir il əvvəl fəaliyyətə başlayan Sosial Xidmət Mərkəzində müasir tələblərə uyğun şərait yaradılıb. Mərkəz əlilliyi müəyyən edilmiş 18 yaşınadək şəxslər üçün sosial reabilitasiya işini həyata keçirir. Burada sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən reabilitasiya ehtiyaclarının qiymətləndirilməsi aparılır.

Uşaqlar fərdi olaraq və qrup şəklində sosial-reabilitasiya xidmətlərinə cəlb edilir. Mərkəzdə valideynlərin bilik və bacarıqlarının artırılması məqsədilə də müxtəlif tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin bu sahədə dörd ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyət göstərir. Ötən dövrdə mərkəzlərin xidmətlərindən əlilliyi müəyyən edilmiş 648 nəfər 18 yaşınadək uşaq yararlanıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top