MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Son bir həftədə daha 521 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib

ECONOMİC: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftədə daha 521 şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kiçik müəssisə və təsərrüfatlarını yaradıblar.

Həmin şəxslərdən əksəriyyəti şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, o cümlədən Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsinin qaziləridir. 

Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunub. Təlimləri uğurla başa vuran şəxslər kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.

Hazırda da proqram iştirakçılarının təlimlərə cəlb edilməsi və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərlə təminatı prosesi davam edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: