SOCAR neft məhsulları ixracının statistikasını açıqladı - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

SOCAR neft məhsulları ixracının statistikasını açıqladı

SOCAR mart ayı üzrə neft məhsulları ixracının statistikasını açıqlayıb.

Şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin mart ayında 93 489 ton dizel yanacağı, 8969 ton təyyarə yanacağı, 9364 ton yüksək təzyiqli polietilen, 857 ton mütləqləşdirilmiş izopropil spirti, 5981 ton maye piroliz qətranı, 6187 ton propilen və 664 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə 2016-cı ilin yanvar-mart ayları ərzində 219 412 ton dizel yanacağı, 74 722 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 24 768 yüksək təzyiqli polietilen, 2346 ton mütləqləşdirilmiş izopropil spirti, 15 084 ton maye piroliz qətranı, 12 211 ton propilen və 1342 ton butilen butaduien fraksiyası ixrac edilib.

2016-cı ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 430,55 dollar, təyyarə yanacağının – 363,13 dollar, dizel yanacağının – 335,60 dollar, 1% kükürdlü mazutun qiyməti 162,10 dollar, yüksək təzyiqli polietilen – 1141,25 dollar, butilen butadien fraksiyası – 376,03 dollar, propilen – 560 avro, mütləqləşdirilmiş izopropil spirti isə 677,50 avro təşkil edib. trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top