SOCAR-ın törəmə müəssisəsi ICA mükafatı üçün qısa siyahıya daxil edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“SOCAR Midstream Operations” MMC (SOCAR-ın törəmə müəssisəsi) “Tələblərə uyğunluqla bağlı ilin ən kiçik komandası (5 nəfərdən az) – Qeyri-Maliyyə Xidmətləri” kateqoriyasında “ICA Compliance Award” müsabiqəsinin finalçısı kimi qısa siyahıya daxil edilib.
Bu barədə “SOCAR Midstream”dan Oxu.Az-a bildirilib.
“ICA Compliance Award”un qısa siyahısına daxil edilməyimizdən məmnunuq. Bu mükafat normativ tələblərin və maliyyə cinayətlərinin qarşısının alınması sahəsində nailiyyətlərə, əməkdaşlığa və yeniliyə görə təqdim edilir”, – məlumatda qeyd edilib.
Bildirilib ki, rəsmi mükafatlandırma mərasimi iyunun 27-də Londonda keçiriləcək.
“SOCAR Midstream Operations” şirkətini “Tələblərə uyğunluqla bağlı ilin ən kiçik komandası (5 nəfərdən az) – Qeyri-Maliyyə Xidmətləri” kateqoriyasında finalçı kimi qısa siyahıya düşdüyünə görə təbrik etməkdən böyük məmnunluq duyuram. İyunun 27-də keçiriləcək mükafatlandırma mərasimində bütün finalçılarımızı salamlamağı səbirsizliklə gözləyirəm”, – ICA-nin prezidenti Pekka Deyr vurğulayıb.
Qeyd edək ki, “SOCAR Midstream Operations” MMC 2014-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 59,501 milyon manatdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır – SƏBƏB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Keçmiş məcburi köçkünlər üçün tikilmiş evlər satışa çıxarılsa […]
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? – SORĞU + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər bir insan gündəlik tələbatını ödəmək üçün müəyyən […]
-
Ermənistan Rusiyanı yenə qəzəbləndirdi – Xəbərlərin 20:00 buraxılışı
if (screen.width > 576) { (() => { var zoneInfo = { slot: ‘/22785635315/22890818619’, size: […]