
SOCAR-ın prezidenti Özbəkistanın energetika naziri ilə görüşüb – FOTO/VİDEO
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf avqustun 22-də Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamaxmudov ilə görüşüb.
Bu barədə SOCAR məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən verilən tapşırıqlardan irəli gələn məsələlər müzakirə olunub, Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Bu xüsusda 21 avqust 2023-cü il tarixində Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində imzalanan sənədlərin əhəmiyyəti qeyd olunub.
Həmçinin bildirilib ki, tərəflər Azərbaycanda və Özbəkistanda neft-qaz sektorunda əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, o cümlədən karbohidrogen ehtiyatların işlənməsi, rəqəmsallaşma, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.
BƏNZƏR MƏQALƏLƏR
-
Dövlət Gömrük Komitəsinin üzərinə yeni öhdəlik qoyulub
Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən […]
-
Azərbaycanda bankların xalis mənfəəti 23% artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724,2 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan […]
-
Vətəndaşlara xəbərdarlıq: “Külli miqdarda SAXTA QIZIL satışa çıxarılıb”
“Ölkəmizin qızıl məmulatları bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli mallar var. Çünki bu sahəyə […]