SOCAR-da talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başladılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisinin inzibati binasında növbəti qanvermə aksiyası keçirilib.
SOCAR-ın verdiyi məlumata görə, talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara köməklik göstərmək məqsədilə könüllü olaraq “Qan ver, həyat xilas et!” devizi altında keçirilən xeyirxah aksiyada hər il olduğu kimi, bu il də SOCAR əməkdaşları fəallıq göstəriblər. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun tibb personalının iştirakı ilə həyata keçirilən aksiyada “SOCAR Tower” də çalışan əməkdaşlar qan veriblər.
SOCAR-ın bütün idarə və müəssisələrində təşkil olunacaq aksiya 2024-cü ilin 30 aprel tarixinə qədər davam edəcək.
Qeyd edək ki, SOCAR “Talassemiyasız həyat naminə” proqramına 2009-cu ildən qoşulub və aksiyalarda ümumilikdə 41 min nəfərə yaxın SOCAR əməkdaşları iştirak ediblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]