
Slovakiya parlamenti hökuməti istefaya göndərib
Vyana, 7 may, AZƏRTAC
Slovakiyanın Baş naziri Eduard Heqer mayın 7-də istefa ərizəsini dövlət başçısı Zuzana Çaputovaya təqdim edib.
AZƏRTAC xəbər verir ki, hökumət başçısı kabinetdəki bir neçə nazirin istefasından sonra yaranmış böhrandan çıxmaq üçün təqdim etdiyi alternativ təkliflərin ölkə prezidenti tərəfindən rədd edildikdən sonra bu addımı atmalı olub.
E. Heqer bu ilin mart ayında parlamentdə ən böyük fraksiya olan “Sadə insanlar və müstəqil şəxsiyyətlər – OL´aNO” partiyasından ayrılaraq öz partiyasını yaradıb. Hələ ötən ilin sonlarından parlamentdə səs çoxluğunu itirən E. Heqer kabineti müvəqqəti olaraq hökumət vəzifələrini icra edirdi.
Z. Çaputova isə sentyabrda baş tutacaq parlament seçkilərinə kimi hökuməti işlərini aparmaq üçün “ekspertlər hökuməti”nin tərkibini müəyyənləşdirir. Müvəqqəti hökumətə Milli Bankın sədri Lüdovit Odor rəhbərlik edəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda internet telekommunikasiya xidməti göstərən 107 internet operator və provayder uçota alınıb
Bakı, 1 iyun, AZƏRTAC Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və […]
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]