
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri də, qəza zamanı dəymiş zərəri kimin ödəməsidir. Belə ki, mülki məcəllənin bir maddəsinə əsasən məsuliyyəti sürücü, digər maddəsinə əsasən isə şirkət daşıyır.
Nəqliyyat eksperti Ərşad Hüseynov Konstitutya Məhkəməsinin bu məsələyə aydınlıq gətirdiyini bildirib.
Əgər sürücü şirkət avtomobili ilə qəza törədərsə, dəymiş zərərə görə şirkət məsuliyyət daşıyır.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qanunun bir maddəsində dəymiş zərəri şirkətin, digərində isə sürücünün qarşılamalı olduğu deyilir.
Mülki məcəllənin 1108-ci maddəsində isə şirkət avtomobili sürücüyə etibarnamə ilə verirsə məsuliyyəti şirkətin deyil, sürücünün daşıdığı deyilir. Ərşad Hüseynov bildirib ki, bu maddələrin bir biri ilə qarışdırılmaması üçün konstitutsiya məhkəməsi bu məsələyə aydınlıq gətirib.
Ekspert bildirib ki, şirkət əlavə təhlükəsizlik tədbirləri görməlidir. Avtomobili saz vəziyyətdə saxlamaq şirkətin öhdəliyidir. Sürücünün əmək şəraitinə nəzarət də şirkətin üzərinə düşür. Lakin şirkətlə sürücü arasında mülkü məsuliyyətlə bağlı müqavilə olarsa əmək müqaviləsinə əlavə kimi, o zaman şirkət sürücüyə qarşı reqres iddia qaldıra bilər./xezexeber.az
BƏNZƏR MƏQALƏLƏR
-
BDU-da magistratura pilləsi üzrə vergi hüququ ixtisası yaradılır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2022/2023-cü tədris ili üçün tələbə qəbulu təsdiq edilən ali […]
-
Azərbaycanda siqaretlər niyə yoxa çıxıb? – Kim hansı qiymətə istəyir satır
Son zamanlar siqaret çəkənlər bəzi növ siqaretləri tapa bilməməkdən şikayətlənirlər. Qeyd edilir ki, əsasən iri […]
-
Bu il iyulun 1-dən etibarən deputata hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunan pul təminatı ləğv olunub
Habelə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və […]