Sevgilisinə görə arvadını atıb zibillikdən qidalanan Van Damm – ARAŞDIRMA + VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sevgilisinə görə arvadını atıb zibillikdən qidalanan Van Damm – ARAŞDIRMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir aktrisanın sözü ilə ailəsini və məşğul olduğu işi ataraq ABŞ-yə köçən məşhur karate ustası, aktyor günlərlə zibillikdən yemək qırıntıları toplayaraq həyatda qalmağa çalışır və nəticədə istədiyini əldə edir.

Bu hadisə 1981-ci ildə baş verir. Karyerasını Hollivudda davam etdirmək təklifi alan Jan Klod Kamil Fransua Van Varenberq idi. Qüsursuz plastikası, məzəli rəqsi və azərbaycanlı gəlini sayəsində yaxşı tanıdığımız Jan Klod Van Damm. Hələ 18 yaşında ikən Jan Klod özündən yaşca böyük, 25 yaşlı, imkanlı Mariya Rodriqezlə tanış olur.

Sonralar özü də etiraf edir ki, Mariya ilə imkanlı olduğuna görə evlənmişdi. Jan həyat yoldaşına xəyanət edirdi və Mariya da bunu bilirdi. Lakin onu çox sevdiyinə görə hər dəfə bağışlayırdı. Üstəlik, Jan Klod arvadının pulları sayəsində idman klubu açır. Amma ayda 15 min dollar qazancını, işini və həyat yoldaşını digər bir qadının təklifi ilə atıb okeanın o tayına getmək qərarına gəlir. Həmin qadın fransalı aktrisa Jaklin Bisset idi.

Onlar arasında sevgi münasibəti başlayır və Jaklin ona təklif edir ki, özünü Hollivudda sınasın. Hətta Jan Kloda kömək edəcəyinə də söz verir. Jan Klod hər şeyi atıb ABŞ-yə gedir və burada həyatının şokunu yaşayır.

Jaklinin başqa sevgilisi olduğunu öyrənir. Los-Ancelesdə təkbaşına həyatda qalmağa çalışan Jan Klod ilk vaxtlar avtomobillərdə gecələyir, ictimai tualetlərdə yuyunur və zibil yeşiklərindən yemək də toplayırdı. Bahalı maşınların şüşələrinə öz telefon nömrəsini yapışdırırdı ki, ona kimsə iş versin.

Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında:

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top