
Seulda Azərbaycan-Koreya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının ilk iclası keçirilib
Seulda Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib.
İclasdan əvvəl komissiyanın həmsədrləri – Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və Koreyanın ticarət, sənaye və enerji nazirinin müavini Vu Tehee arasında keçirilən görüşdə ölkələrimizin münasibətlərinin hazırkı səviyyəsinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Komissiyanın ilk iclasında hər iki tərəfdən müxtəlif nazirliklərin, təşkilatların, səhmdar cəmiyyətlərin rəsmiləri iştirak ediblər.
İclasda hər iki tərəfdən müxtəlif qurumların nümayəndələri təmsil etdikləri sahələr üzrə əməkdaşlığın perspektivləri barədə təkliflər irəli sürüblər.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının protokolu imzalanıb.
Xatırladaq ki, 2006-2014-cü illərdə Azərbaycan və Koreya arasında ticarət və investisiya, sənaye, enerji və resurslar, tikinti, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı kimi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən iqtisadi əməkdaşlıq üzrə işçi qrupu fəaliyyət göstərib. Həmin müddətdə işçi qrupunun Bakıda və Seulda 4 iclası keçirilib. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq 2015-ci ildə Azərbaycan Hökuməti və Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya yaradılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
“Amazon” şirkəti “Anthropic” süni intellekt startapına dörd milyard ABŞ dolları investisiya etdi
“Amazon.com Inc.” süni intellekt (Sİ) sahəsində həll yollarını hazırlayan “Anthropic” startapına 4 milyard dollara (6,8 […]
-
Azərbaycanda əşyaların çatdırılmasında dronlardan istifadə oluna bilər
“İsraildə dronların sərbəst uçuşu ilə insanların əşyalarının bir nöqtədən digər nöqtəyə taksi formatında çatdırılmasında böyük […]
-
Azərbaycanda kompüter istehsalı artıb
Cari ilin yanvar-avqust aylarında paytaxtda kompüter, elektron və optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 148,2 […]