
Səudiyyə Ərəbistanı tavan qiymət tətbiq edən ölkələrə neft satışını dayandıracaq
Səudiyyə Ərəbistanı ona qarşı neft sanksiyaları tətbiq edəcəkləri təqdirdə, tavan qiymət qəbulunu dəstəkləyən ölkələrə enerji satmayacaq.
Bunu Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Al Səud deyib.
Onun fikrincə, neftin qiymətinin məhdudlaşdırılması siyasəti bazarlarda volatilliyə səbəb olur və sənayenin inkişafını ləngidir.
“Əgər Səudiyyə Ərəbistanının neftinin ixracına məhdudiyyətlər qoyularsa, biz tədarükümüzə tavan qiymət tətbiq edən heç bir ölkəyə neft satmayacağıq və neft hasilatını azaldacağıq. Başqaları da belə etsə, təəccüblənmərəm”, – səudiyyəli nazir deyib.
Onun fikrincə, enerji qiymətlərini məhdudlaşdıran sanksiyalar qlobal neft sənayesinə sərmayə qoyuluşuna xələl gətirə və qlobal təklifin tələbdən xeyli geri qalmasına səbəb ola bilər.
Mənbə: Energy Intelligence
BƏNZƏR MƏQALƏLƏR
-
SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb. İZİA-dan […]
-
“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? – MÜSAHİBƏ + FOTO
Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin […]
-
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb – FOTO
“Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib”. Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında […]