
Səudiyyə Ərəbistanı sentyabrın 1-dən təyyarələrdə sərnişin yerlərinin tam doldurulmasına icazə verəcək
Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş idarəsi bütün sərnişinlərə COVID-19 əleyhinə peyvənd vurulmaq şərti ilə, milli daşıyıcılara sentyabrın 1-dən etibarən təyyarəldə sərnişin yerlərinin tam dolu şəkildə daxili uçuşları həyata keçirməsinə icazə verib.
“Səhiyyə Nazirliyi ilə razılaşdırılaraq və bəzi milli hava daşıyıcılarının tələbi əsasında, bütün sərnişinlərə iki doza peyvənd edilmək şərti ilə sentyabrın 1-dən daxili uçuşlarda təyyarələrdə bütün sərnişin oturacaqların tutlmasına icazə verilməsi qərara alınıb”, – sənəddə deyilir.
12 yaşdan kiçik uşaqlar və tibbi səbəblərə görə peyvənd edilməsi qadağan edilənlər təyyarələrə buraxılarkən müəyyən edilmiş tələblərdən azad ediləcək. Eyni zamanda reys zamanı hər kəsin maska taxması və əllərinin dezinfeksiya etməsi tələbi qüvvədə qalır. Trend
BƏNZƏR MƏQALƏLƏR
-
Yaponiya hökuməti istefa verib
Avqustun 10-da Yaponiya hökuməti Nazirlər Kabinetində yeni təyinatlar ərəfəsində tam tərkibdə istefa verib. Nazirlər Kabinetinin […]
-
Saudi Aramco ABŞ-da yerləşən Valvoline-ın törəmə şirkətini satın alır
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ABŞ-da mühərrik yağı və əlavələri istehsalçısı və […]
-
G-20 ölkələrinin ən son inflyasiya dərəcələri açıqlanıb
2022-ci ilin iyul ayında Türkiyədə illik inflyasiya 79,6 faiz təşkil edib. Türkiyə G-20 ölkələri liqasında […]