Səudiyyə Ərəbistanı əcnəbilərə şirkətlərinə 100%-lik nəzarət imkanı verəcək
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş nazir Məhəmməd bin Salman investorları cəlb etmək üçün ölkədə dörd xüsusi iqtisadi zona açıb.
Bildirilir ki, dörd xüsusi zonada – Ər-Riyadda, Cizanda, liman şəhərləri Rəs əl-Xeyrdə və Ciddənin Kral Abdulla adına iqtisadi şəhərciyində əcnəbilərə yeni açdıqları şirkətlərə 100% nəzarət etmək imkanı veriləcək, həmçinin onlar idxalda gömrük rüsumlarından azad olunacaqlar.
Bundan əlavə, xarici şirkətlər istehsal və xammal üçün resurslarla təmin olunacaqlar.
Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkənin paytaxtı Ər-Riyadı dünyanın ən böyük şəhərinə və Yaxın Şərqin böyük siyasi-iqtisadi paytaxtına çevirmək niyyətini açıqlayıb. Əməkdaşları Ər-Riyada cəlb etməyin yolları arasında köçmə ilə əlaqədar əməkhaqqının 35-40 faiz artırılması və iş yerlərini beş il saxlayacaqları zəmanəti var. Səudiyyənin paytaxtı bu yolla Dubayla rəqabət aparmağa çalışır.
Mənbə: Gazeta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]