
Şərqşünas alim İstanbulda “Ərəb dili və ədəbiyyatı araşdırmaları” konfransında məruzə edib
Bakı, 8 may, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Sultan Mehmet Vakıf Universitetinin təşkilatçılığı ilə İstanbulda keçirilən “Ərəb dili və ədəbiyyatı araşdırmaları” II beynəlxalq elmi konfransında onlayn iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas alim konfransda “Azərbaycan epiqrafik abidələrində ərəbcə yazı örnəkləri” mövzusunda məruzə ilə çıxış edib.
E.Mustafayev VII əsrdə İslam dininin zühuru ilə ərəb dilinin mövqeyinin güclənməsi, bu dilin yeni dini qəbul etmiş xalqların dillərinin və yazılarının formalaşmasındakı təbii rolundan bəhs etdikdən sonra epiqrafik abidələrin müxtəlif müstəvilərdə əhəmiyyəti və Vətən tarixinin öyrənilməsindəki yeri haqqında ətraflı məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
O, məruzəsində Azərbaycan maddi-mədəni irsinə aid bir çox abidələrin daş kitabələrinə ərəb dilində həkk olunmuş yazılar haqqında nümunələr göstərib. Elnur Mustafayev qeyd edib ki, Azərbaycan epiqrafik abidələr baxımından çox zəngin bir coğrafiyadır. Müxtəlif dövrlərə aid on minlərlə kitabə dövrümüzə gəlib çatıb. Ərəbcə yazılar Azərbaycan kitabələrində əhəmiyyətli yerə malikdir. Ümumiyyətlə, kitabələrin üzərinə ərəbcə həkk olunmuş yazılar “Qurani-Kərim” ayələrini, hədisləri, şeir və hikmətamiz kəlamları, eyni zamanda, aid olduğu dövrün şəxsiyyətləri və mühüm hadisələri haqqında informativ məlumatları əhatə edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
İtaliya ən azı 15 milyon doza COVID-19 peyvəndini məhv edəcək
Bakı, 28 may, AZƏRTAC İtaliyada ən azı 15 milyon doza koronavirus peyvəndi məhv ediləcək. AZƏRTAC […]
-
DGK: Dörd ayda ixrac edilən polipropilenin dəyəri 44,2 milyon dollar olub
Bakı, 28 may, AZƏRTAC Dörd ayda Azərbaycandan 42 min ton polipropilen ixrac edilib. Dövlət Gömrük […]
-
İxrac olunan polietilenin həcmi açıqlanıb
Bakı, 28 may, AZƏRTAC Yanvar-aprel aylarında Azərbaycandan 53,5 min ton polietilen ixrac olunub. Dövlət Gömrük […]