Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib

İyunun 2-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair növbəti təlim keçirilib. “Audit fəaliyyəti. Daxili audit” mövzusuna həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak edib.

Təlimdə İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov audit fəaliyyətinin əhəmiyyəti, nəzarət sistemində daxili audit xidmətinin rolu, bu sahədə beynəlxalq təcrübə və s. barədə iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Ümumilikdə, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı 2016-cı ildə İqtisadiyyat Nazirliyi tərəfindən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq 4 belə təlim keçirilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top