Şəkidə yarmarka keçiriləcək
İyulun 22-də Şəkidə növbəti KOB Fest sərgi-satış yaramarkası təşkil olunacaq.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat yayıb.
Agentliyin təşkilatçılığı ilə keçiriləcək yarmarkada KOB subyektlərinin istehsal etdiyi qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. “KOB Fest” çərçivəsində həmçinin, təhsil, informasiya texnologiyaları, maliyyə və s. xidmət sahələrində bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq. Festival ərzində mədəni-əyləncəli proqram da təşkil ediləcək.
Şəki Xan Sarayının ərazisində təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-a qədər ziyarətçilər üçün açıq olacaq.
Bu ilin aprel ayından start götürən “KOB Fest” sərgi-satış yarmarkasının təşkilində məqsəd müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir. Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir, Gəncə, Lənkəran, Sumqayıt və Quba şəhərlərində təşkil edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan sahibkarları Türkiyədə keçirilən sərgidə iştirak edir
Noyabrın 2-də Türkiyənin İstanbul şəhərində 19-cu “MÜSİAD EXPO” Ticarət Sərgisi öz işinə başlayıb. “TÜYAP” Sərgi […]
-
Bu il Bal yarmarkasında 90 tona yaxın arıçılıq məhsulu satılıb
Yarmarkada ən çox cökə balı satılıb Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə […]
-
İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar beynəlxalq sərgidə təmsil olunur
Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild […]