Şəkidə gənclər üçün treninqlər başa çatıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şəkidə gənclər üçün treninqlər başa çatıb

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün aprelin 20-də başlamış treninqlər mayın 4-də başa çatıb.

Economic-in məlumatına görə, treninqlərdə biznesin planlaşdırılması və idarə edilməsi, biznes mühiti, insan resurslarından səmərəli istifadə və s. barədə iştirakçılara  geniş məlumat verilib. Bununla yanaşı, gənclər İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb.

Treninqlər çərçivəsində mövzu üzrə təqdimat keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top