Şəhidlərimizin bank borcları silindi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şəhidlərimizin bank borcları silindi

Azərbaycan Beynəlxalq Bankı aprelin əvvəlində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı şəhid olmuş hərbçilərimizin kredit borcları ilə bağlı qərarını icra edib.

Economic.az bildirir ki, bu barədə Trend-ə bankdan məlumat verilib.

Bildirilir ki, araşdırmaların nəticələrinə əsasən, bu şəxslərdən hər hansı birinin banka kredit borcunun olması müəyyənləşdiyi halda borc öhdəliyi bağlanıb. Araşdırmalar və kredit öhdəliklərinin ləğvi şəhid hərbçilərimizin ailə üzvlərinin müvafiq bank filiallarına fərdi müraciətləri əsasında aparılıb.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətəndaşlarımıza rəhmət diləyir, yaralılarımızın tezliklə sağalaraq Vətənə şərəfli xidmətlərini davam etdirmələrini arzulayır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top