
“Səbail”in sabiq müdafiəçisi Honq-Konq klubunda
Bakı, 23 yanvar, AZƏRTAC
Bakının “Səbail” klubunun sabiq futbolçusu Ali Siseyin yeni klubu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, sierra-lioneli müdafiəçi karyerasını “Lee Man”da davam etdirəcək. Bu barədə Honq-Konq klubunun saytı məlumat yayıb.
Qeyd edək ki, A.Sisey 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək “Zirə”də oynayıb. Daha sonra o, “Səbail”ə transfer olunub və 2021-ci ilin iyununda klubdan ayrılıb. İyirmi səkkiz yaşlı futbolçunun son klubu PSİS Semaranq” (İndoneziya) olmuşdu.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
Bakı, 8 fevral, AZƏRTAC Yaponiyanın Kioto Universiteti yaponların qanından alınan induksiya edilmiş kök hüceyrələrin (iPS […]
-
Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq
Bakı, 8 fevral, AZƏRTAC ABŞ-ın respublikaçılar və demokratlar partiyalarının nümayəndələri ölkənin mənafeyi naminə birgə çalışmalıdırlar. […]
-
Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb
Bakı, 8 fevral, AZƏRTAC İstanbulun “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi komandanın tarixində ilkə imza atıb. […]