
Saxta lotereya kampaniyası ilə bağlı XƏBƏRDARLIQ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kiberdələduzlar tərəfindən “www.pashalato.com” adı altında saxta veb-sayt yaradılıb.
Dələduzlar veb-sayt vasitəsilə “PashaPay” MMC-nin adından istifadə edərək saxta lotereya kampaniyası keçirirlər.
Bu barədə Elektron Təhlükəsizlik Mərkəzindən bildirilib.
Qeyd olunub ki, vətəndaşlardan saxta kampaniyada iştirak etmək üçün veb-saytda müvafiq bölməyə daxil olduqdan sonra ad, soyad, fin kod və bank kartı kimi fərdi məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin beşinci iclası keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv […]
-
Reklama İntellektual Nəzarət Sistemi yaradılacaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Açıq məkanda reklamla əlaqəli süni zəka tətbiq ediləcək, […]
-
Səfir: “Türk dünyasının layihələri Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Türk dünyasının Azərbaycanda həyata keçirəcəyi layihələr təkcə neft […]