Samir Rzayev: “2022-ci ildə ümumi 36 min reys yerinə yetirilib” – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Samir Rzayev: “2022-ci ildə ümumi 36 min reys yerinə yetirilib” – FOTO

“2022-ci ildə ümumi 36 min reys yerinə yetirilib ki, onun da 18 mini daxili reyslərlə birgə AZAL tərəfindən həyata keçirilib, bu da bu günədək olan rekord göstəricidir”.

Bu barədə AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev bildirib. O qeyd edib ki, beynəlxalq reyslər üzrə ümumi sərnişinlərin 41%-ni AZAL, qalan 59%-ni isə digər aviaşirkətlər daşıyıb:

“Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb”.

Samir Rzayev, həmçinin, 2022-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportuna 36 xarici aviaşirkətin uçuşlar həyata keçirdiyini və 2,2 milyon sərnişinin daşındığını vurğulayıb. Bu isə öz növbəsində, indiyədək rekord nəticədir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top